Menu

Gəncədə 15 yaşlı qız özünü asıb

27.06.2014, 16:06
Gəncədə 15 yaşlı qız özünü asıb

Gəncədə intihar hadisəsi baş verib.

Gəncə Şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 26-da saat 19 radələrində şəhərin Nizami küçəsində baş verib.

Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Zərinə Əhmədova yaşadığı evdə özünü otağındakı divara vurulmuş rəfdən iplə asaraq intihar edib.

İntihar səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol