Menu

Portuqaliyada meşə yanğınları zamanı ölənlərin sayı 35-ə çatıb

16.10.2017, 23:29
Portuqaliyada meşə yanğınları zamanı ölənlərin sayı 35-ə çatıb

Portuqaliyada meşə yanğınları zamanı ölənlərin sayı 35 nəfərə çatıb.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 56 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 7 nəfər itkin düşmüş hesab edilir.

Məlumata görə, ölkədə ümummilli matəm elan ediləcək.

Hazırda bölgədə 50 yanğın ocağı mövcuddur. Alovun söndürülməsinə 4 minə yaxın yanğınsöndürən cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol