Menu

İraqın şimalından ixrac edilən neftin həcmi 3 dəfə azalıb

18.10.2017, 17:59
İraqın şimalından ixrac edilən neftin həcmi 3 dəfə azalıb

İraqın şimalındakı Kürd Muxtar Əyalətindən Türkiyənin Ceyhan limanına nəql edilən xam neftin gündəlik həcmi 3 dəfə azalıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, yerli muxtariyyətin hökuməti sentyabrın 25-dək Ceyhan limanına gündə, təxminən, 500-600 min barel neft ixrac edirdi.

Məlumata görə, hazırda Kərkük-Ceyhan boru kəməri ilə nəql edilən neftin həcmi 225 min barelə qədər azalıb.

İnformasiyaya əsasən, İraqın şimalındakı yerli hökumət xərclərinin 90 faizini neft gəlirinin hesabına ödəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol