Menu

Bu il Azərbaycanda 17 ana ölümü qeydə alınıb

18.10.2017, 20:10

dogusda_olum_230514Bu ilin 9 ayı ərzində Azərbaycanda ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb.

Bunu jurnalistlərə Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb: "Ölüm hadisələrinin sayı həmin müddətlə müqayisədə eyni qalıb. Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol