Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu haqda sərəncam imzalayıb
R.K.Teymurovun Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər sərəncamı ilə Rəmzi Kazım oğlu Teymurova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.


Şərhlər