Menu

Şotlandiyada dünyanın ilk üzən külək elektrik stansiyası işə düşüb

19.10.2017, 22:20
Şotlandiyada dünyanın ilk üzən külək elektrik stansiyası işə düşüb

Şotlandiyanın Aberdinşir bölgəsində dünyada ilk üzən külək elektrik stansiyası işə salınıb.Trend-in məlumatına görə, üzən stansiya sahildən 25 kilometr məsafədə fəaliyyət göstərir.

İlk üzən külək elektrik stansiyası Norveçin “Statoil” və BƏƏ-nin “Masdar” şirkətləri tərəfindən yaradılıb.

Qeyd olunur ki, külək elektrik stansiyasının istehsal gücü 30 meqavatdır. Məlumata görə, burada istehsal olunan elektrik enerjisi Piterhed şəhərini təchiz edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol