Menu

Ərdoğanın otağından çıxan "böcəklərin" fotoları yayıldı - Foto

28.06.2014, 08:32
Ərdoğanın otağından çıxan "böcəklərin" fotoları yayıldı - Foto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın otağından çıxan dinləmə cihazlarının (böcək) foto şəkilləri yayılıb. ANS PRESS-in xəbərinə görə, ştepselə yerıəşdirilmiş cihazlar mikrofon, simsiz qəbul edici, antenna naqili və qidalandırıcıdan ibarətdir.

Məlumata görə, böcəklərdən biri baş nazirin Ankaranın Keçiören rayonunda yerləşən igamətgahındakı ofisindən, ştepselin içindən çıxıb.

Növbəti cihaz baş nazirin rəsmi igamətgadında olan iş masasının altındakı ştepselin içində aşkarlanıb.

Qeyd edək ki, ilkin araşdırmalara əsasən cihazların 20 noyabr – 27 dekabr 2011-ci il tarixlərdə yerləşdirildiyi güman olunur.

Ötən həftə faktla bağlı Ərdoğanın təhlükəsizlik xidmətinin rəisi və bəzi əməkdaşları işdən çıxarılmış və onlar barəsində isrintaq başladılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol