«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniya parlamenti yuxarı palatasının Rəyasət heyəti Kataloniya hökumətinin başçısı Karlos Puçdemona Senata müraciət etmək icazəsi verib.
Qərara görə, Puçdemon gələn həftənin çərşənbə axşamından cümə axşamına qədər konstitusiyanın 155-ci maddəsinin tətbiqinə öz münasibətini bildirmək hüqununa malik olacaq. Sözügedən konstitusiya maddəsi Kataloniyanın muxtariyyət statusunu ləğv etməyi nəzərdə tutur.
Şənbə günü Puçdemon institusional bəyanatla çıxış eməyi planlaşdırmışdı. Onun çıxışı Bakı vaxtı ilə saat 23:00-ə təyin olunub və İspaniya nazirlər sovetinin Kataloniya jeneralitetini buraxmaq barədəki bəyanatından sonra, Kataloniya başçısının ilk bəyanatı olacaq.
Bundan əvvəl, İspaniyanın nazirlər soveti şənbə günü keçirdiyi iclasın nəticələrinə görə, Kataloniya parlamentini buraxmaq qərarına gəlib. Bu tədbir bölgənin muxtariyyətini məhdudlaşdırmaq məqsədi daşıyır.
«Onun (parlamentin - red.) hakimiyyəti artıq qanun çərçivəsindən çıxıb» - deyə, Baş nazir Mariano Raxoy bəyan edib.
Bundan sonra, yarım ilə ərzində bölgədə yeni seçkilər keçiriləcək.

Şərhlər