Menu

"Qalatasaray" - "Fənərbağça" derbisi sülhlə nəticələndi - Yenilənib

23.10.2017, 00:05
"Qalatasaray" - "Fənərbağça" derbisi sülhlə nəticələndi - Yenilənib

Bu gün Türkiyə superliqasında İstanbul derbisi keçirilib.

Qol.az-ın xəbərinə görə, lider “Qalatasaray” əzəli rəqibi “Fənərbağça”nı qəbul edib. FİFA referisi Cüneyt Çakırın idarə etdiyi qarşılaşma 0:0 ilə nəticələnib. 73-cü dəqiqədə "Qalatasaray"dan Belhanda ikinci sarı vərəqə (qırmızı vərəqə) alaraq meydandan qovulub.

9 turdan sonra 23 xalı olan “Qalatasaray” liderliyini qoruyur. “Fənərbağça” 15 xalla 6-cı yerdədir.

***

Bu gün Türkiyə superliqasında "Qalatasaray" və "Fənərbağça" 2017-2018 mövsümündə ilk dəfə üz-üzə gələcəklər.

Qol.az-ın məlumatına görə, 9-cu turdakı qarşılaşma "Türk Telekom" stadionunda oynanılacaq.

Bakı vaxtı ilə saat 20:30-da başlanacaq matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Hazırda "Qalatasaray" 8 oyundan 22 xalla liderdir. "Sarı-qırmızılar" hələ məğlub olmayıblar. "Fənərbağça" isə 14 xalla 5-ci pillədə qərarlaşıb.

Bu, iki komanda arasında 386-cı görüş olacaq. 17 yanvar 1909-cu ildə keçirilmiş ilk derbidə "sarı-qırmızılar" qalib gəlib - 2:0. Lakin əvvəlki 385 matçın 146-da "Fənərbağça", 123-də "Qalatasaray" qələbə qazanıb. 116 oyunda isə heç-heçə qeydə alınıb. "Fənər"in 532 qoluna "Cim-Bom" 482 qolla cavab verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol