«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya kürdləri bundan əvvəl İŞİD qüvvələri tərəfindən ələ keçirilmiş «Ömər» adlı ərazidəki neft mədənini öz nəzarəti altına alıb. Bu barədə xəbəri «Röyter» agentliyi yayıb.
«Ömər» düzü Ərafat çayının şərq sahilində, İraqla sərhədin yaxınlığında yerləşir. Mədən İŞİD döyüşçülərinin əsas gəlir mənbəyi hesab olunurdu.
Yeri gəlmişkən, diqqəti bir maraqlı mətləbə yönəltmək istərdik. Bundan əvvəl İŞİD, indi isə kürdlər bu ərazidən çıxarılmış və sıxarılacaq nefti hansı yollarla və kimlərə satıblar (satacaqlar). Çünki hamı İŞİD-lə mübarizə apardığını deyir. Belə çıxır ki, tərəflər (koalisiya və İŞİD) gündüzlər «vuruşur», gecələr isə alverə girişirlər - arada isə günahsız insanlar kütləvi qətlə məruz qoyulur!..


Şərhlər