Menu

Con Kerri Ərəbistanda - Foto

28.06.2014, 10:00
Con Kerri Ərəbistanda - Foto

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanına səfər edib.

ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerrini Səudiyyə Ərəbistanında kral Abdullah bin Əbdüləziz qəbul edib.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan "SPA" bildirir ki, kral Abdullahla Kerri Ciddədəki sarayda bir araya gəliblər. Onlar ikitərəfli münasibətləri, regionda son zamanlar baş verən prosesləri müzakirə ediblər.

Müsahibənin detalları ilə bağlı məlumat verməyən agentlik, bundan əvvəlki xəbərində Kerrinin Səudiyyə nümayəndələri ilə İraq və Suriya böhranını müzakirə edəcəyini bildirmişdi.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri Fransanın paytaxtı Parisdə keçirdiyi görüşlər zamanı verdiyi açıqlamada, İŞİD-in İraq və Suriyada irəliləyişinin bütün region ölkələri üçün təhlükəli bir hal olduğunu bildrimişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol