«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniya «hamilə qadın» termininin «hamilə adam» termini ilə əvəz olunması təklifi ilə Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.
Londonda hesab edirlər ki, qüvvədə olan «hamilə qadın» termini artıq köhnəlib.
Birləşmiş krallığın xarici işlər nazirliyində izah edirlər ki, hazırda işlədilən «hamilə qadın» termini «doğan transgenderlər»i istisna edə bilər. Bununla yanaşı, Britaniya mətbuatı xatırladır ki, bundan əvvəl elə həmin bəhanə ilə həkimlərə hamilə qadınları «gələcək ana» adlandırmamaq tövsiyyə olunub.
«Tayms» qəzetinin həmsöhbəti bildirib ki, Britaniya qadınlara qarşı əhval-ruhiyyədə və ümumilikdə, mövcud terminə qarşı deyil: «Biz, hamilə qadınların yaşam hüquqlarını hərtərəfli qaydada dəstəkləyirik, BMT-nin insan haqları komitəsinə isə təklif göndərmişik ki, hamilə transgenderlərin hüquqları buradan çıxarılmasın».
Londonun fikrincə, düzəlişləri mülki və siyasi hüquq barədə Beynəlxalq pakta daxil etmək lazımdır.

Şərhlər