İraqda xeyli sayda İran əsgərinin öldürülməsi barədə məlumat yayılıb.
APA-nın xəbərinə görə, bu barədə İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının üzvləri sosial şəbəkələrdə məlumat yayıblar.
Məlumatda qeyd olunur ki, İraq ordusuna köməyə gələn xeyli sayda İran əsgəri İŞİD-lə döyüşlərdə həlak olub. Öldürülən İran əsgərlərinin meyitləri ölkəsinə göndərilib.
İŞİD döyüşçüləri İran əsgərlərinin meyitlərinin ölkələrinə təhvil verilməsinin görüntülərini də sosial şəbəkələrdə paylaşıblar.


Şərhlər