Menu

Moldova parçalanır - Qaqauzlar aksiyalara başlayır

28.06.2014, 11:34
Moldova parçalanır - Qaqauzlar aksiyalara başlayır

Dünən Brüsseldə Moldaviya ilə imzalanmış assosiativ sazişə görə, Qaqauziyanın paytaxtı Komratda mitinq keçirilib.

Axar.az xəbər verir ki, bu barədə “Qaqauz.info” məlumat yayıb.

Məlumatda bildirilir ki, mitinqdə 100-ə yaxın vətəndaş Qaqauziyanın bayraqları ilə gələrək, “biz Gömrük İttifaqını istəyirik” kimi şüarlar səsləndirib. Mitinqdə iştirak edənlər Moldaviya hakimiyyətinin yalnız ölkəni siyasi və sosial komaya salmağı qarşısına məqsəd qoyduqlarını bildirib:

“İmzalanan bu sazişlə bizim iqtisadi problemlərimiz ortaya çıxacaq. Biz birmənalı olaraq Avropa İttifaqına qarşıyıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol