Menu

"Gələn il üçün proqnozu yerinə yetirə biləcəyik” - Aydın Əliyev

25.10.2017, 12:15
"Gələn il üçün proqnozu yerinə yetirə biləcəyik” - Aydın Əliyev

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci il dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu tam yerinə yetirmək niyyətindədir.

Bunu jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, gələn il üçün gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir:

“Bu, 2017-ci il üçün gömrük daxilolmaları üzrə proqnozdan 180 milyon manat çoxdur. Əgər bu günədək biz dövlət büdcəsinə 2,13 milyard manat keçirdiyimizi nəzərə alsaq, fikrimcə gələn il üçün proqnozu yerinə yetirə biləcəyik”. /Report

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol