QAT-ın ermənilərin iştirakı ilə tədbir keçirilən otelə yürüşü dağıdıldı
Qarabağ Azadlıq Təşkilatının üzvləri ATƏT Parlament Assambleyasının sessiyası keçirilən “Alov qüllələri” otelinə yürüş ediblər. Musavat.com-un hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, polis aksiyaya sərt müdaxilə edib. Aksiya dağıdılıb, saxlanılanlar var.
“Yeni Müsavat” qəzetinin reportyoru Cavanşir Abbaslının hadisələri çəkdiyi telefonu da polis əməkdaşları tərəfindən əlindən alınıb. Polis əməkdaşları onu da aksiya iştirakçısı zənn edərək, zorakılıq tətbiq ediblər.
Qeyd edək ki, ATƏT-in Parlament Assambleyasının iclasında Ermənistan nümayəndə heyəti də iştirak edir. QAT da bu fakta etirazını bildirmək üçün “Alov qüllələri”nə yürüş edib.


Şərhlər