Menu

Dünyanın “ağlaması”nın elmi sirri - MARAQLI

25.10.2017, 21:21
Dünyanın “ağlaması”nın elmi sirri - MARAQLI

NASA get-gedə Günəş sistemini örtən foton buludu haqqında informasiyaları gizli saxlasa da bəzi elm adamları artıq bunu dünya ictimaiyyətinə sızdırıb.

Moderator.az xəbər verir ki, zərərverici foton buludu Günəş və planetlərə ayrı-ayrılıqda təsir edir. Yerə edəcəyi təsir isə planetimizin öz enerji qüvvəsinə əsasən hesablanır. Bu zaman dünyanın bir neçə yerində, xüsusən də Misirdə olan piramidalardan foton buluduna tərəf enerji seli qalxacaq. Ta qədimdə də baş verən bu enerji qalxımı nəticəsində dəhşətli və qorxulu səslər eşidilir, lakin heç bir dağıntı hallarına rast gəlinmir.

Alimlər bu prosesi obrazlı şəkildə sanki “dünyanın ağlaması” kimi qəbul edirlər.

Qeyd edək ki, Mayya piramidalarının birində uzun illər bundan əvvəl düz xətt boyunca işıq spektrləri səmaya doğru qalxıblar. Onların son nöqtəsi isə foton buludunun mərkəzi hesab olunur. İnsanları xeyli təəccübləndirən bu hadisə isə hələ ki, sonuncu “enerji uçuşu” hesab olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol