«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın xarici işlər naziri İbrahim əl-Cəəfəri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı (MDBMİ) çıxışı zamanı bəyan edib ki, İraq Kürdüstanı ətrafında yaranmış münaqişəni İraq özü həll etməyə qadirdir və ona başqa dövlətlərin köməyi lazım deyil.
«Dəstəkdən danışarkən, deməliyəm ki, bizim hər-hansı köməyə ehtiyacımız yoxdur. Biz, öz dövlətimizi, bütövlüyümüzü özümüz saxlaya bilərik və dövlətimizin bütün hissələri vahid konstitusiyaya tabe olmalıdır» - deyə, iraqlı nazir bildirib.
Xatırladaq ki, İraq kürd muxtariyyətində müstəqillik barədə referendum sentyabrın 25-də keçirilib. Seçicilərin 90,0 faizi müxtariyyətin İraqdan ayrılmasına səs verib. Bağdad hökuməti isə səsvermənin nəticələrini tanımır.


Şərhlər