Menu

Keçmiş prezidentlərin və onların ailə üzvlərinin təminat xərcləri artırılır

26.10.2017, 13:35
Keçmiş prezidentlərin və onların ailə üzvlərinin təminat xərcləri artırılır

Növbəti il dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş prezidentlərinin və onların ailə üzvlərinin təminat xərclərinin artırılacağı gözlənilir.

“Report”un xəbərinə görə, bu, 2018-ci il dövlət büdcəsi layihəsində əks olunub.

Gələn il üçün nəzərdə tutulan vəsait 304 min 891 manatdır. Bu, 2017-ci ildəkindən 1873 manat çoxdur.

Qeyd edək ki, bu il üçün qeyd olunan sahəyə 303 min 18 manat vəsait ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol