Menu

Gələn il büdcədən MTRŞ-ya ayrılacaq vəsaitin həcmi artırılacaq

26.10.2017, 13:58
Gələn il büdcədən MTRŞ-ya ayrılacaq vəsaitin həcmi artırılacaq

Gələn ilin dövlət büdəsində Milli Televiziya və Radio Şurasına (MTRŞ) ayrılacaq vəsaitin həcmi açıqlanıb.

“Report” xəbər verir ki, 2018-ci il dövlət büdcəsi layihəsinə əsasən, növbəti il MTRŞ-ya 819 409 manat ayrılması nəzərdə tutulub.

Bu rəqəm 2017-ci ildə ayrılan vəsaitdən 18 538 manat çoxdur.

Qeyd edək ki, bu il MTRŞ-ya 800 871 manat ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol