Menu

Dövlət büdcəsindən KİVDF-yə ayrılan pulun məbləği artırılıb

26.10.2017, 18:39

KIVDF25Gələn ilin dövlət büdəsindən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq vəsaitin həcmi məlum olub.

“Report” xəbər verir ki, 2018-ci il dövlət büdcəsi layihəsinə əsasən, KİVDF-yə növbəti il üçün 4 042 068 manat vəsait ayrılacaq. Bu rəqəm 2017-ci ildə 3 932 544 manat olub. Beləliklə, gələn il dövlət büdcəsindən Fonda 109 524 manat artıq vəsait ayrılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol