Menu

Sərnişin avtobusu qəzaya düşüb - Xəsarət alanlar var

27.10.2017, 16:37
Sərnişin avtobusu qəzaya düşüb - Xəsarət alanlar var

Bakı-Qazax yolunda sərnişin avtobusu qəzaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magitralın Ağdaş rayonu, Əmirarx kənd ərazisindən keçən hissəsində baş verib.

"İkarus" markalı avtobus "Kamaz" markalı yük maşınına ilə toqquşub.

Nəticəsində sürücü Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Elşad Məmmədov ağır yaralanıb. Qəza nəticəsində daha bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol