Menu

"Brent" markalı neft 27 aylıq fasilədən sonra 60 dolları ötüb

27.10.2017, 19:35
"Brent" markalı neft 27 aylıq fasilədən sonra 60 dolları ötüb

"Brent" markalı neftin qiyməti 60 dollar/bareli ötüb.

"Report" xəbər verir ki, "Brent" markalı neftin qiyməti 27 aydan sonra ilk dəfə bu həddə çatıb.

Bununla da neftin qiyməti son 9 həftənin 8-ci həftəsini artımla bitirməyə hazırlaşır. Neftin qiymətinin artmasına səbəb OPEC+ anlaşmasının uzadılması gözləntiləri ilə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanın uzadılmasını noyabrın 30-a Vyana şəhərində müzakirə edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol