Menu

Saakaşvilidən çağırış - "Sabah hər kəs..."

28.10.2017, 21:32

Visit to NATO by the President of GeorgiaOdessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili hakimiyyətə olan tələblər siyahısını artırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Saakaşvili Feysbuk hesabında yazıb.

“Bizi tez-tez Konstitusiya meydanında etirazlar zamanı irəli sürülən tələblərin çox mürəkkəb və az olmasında ittiham edirlər. Sabah - 29 oktyabrda Ali Rada yaxınlığındakı meydana toplaşan hər kəs tələblərin siyahısını genişləndirmək üçün səs verə bilər. Hakimiyyət ukraynalıları dinləməlidir”, - Saakaşvili yazıb.

Qeyd edək ki, Saakaşvili hakimiyyətdən əsas tələbləri kimi antikorrupsiya məhkəməsinin yaradılması, deputat toxunulmazlığının ləğvi, yeni seçki qanunvericiliyinin qəbulunu göstərmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol