AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının (REA) mehmanxanası Liberal Demokrat Partiyasının (LDP) sədri, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin təsis etdiyi «Dünya sivilizasiyası institutu»na verilə bilər.
Telekanal «Dojd» xəbər verir ki, Rusiyanın Baş naziri Dmitri Medvedyev REA-na, Elmi təşkilatların federal agentliyinə (ETFA) və «Rosimuşestvo»ya tapşırıb ki, mehmanxananın verilməsi üçün uyğun təklif hazırlasınlar.
Mənbələrin məlumatına görə, bu qərar LDP-nın lideri Vladimir Jirinovskiyə "2018-ci ildə prezident seçkilərinə qatılmaq üçün razılıq verdiyinə görə", «özünəməxsus güzəşt» rolunu oynayır.
«Bi-bi-si»-nin Rusiya xidmətinin müsahibləri sözügedən mehmanxananın "Dünya sivilizasiyası intitutu"na verilə biləcəyinin mümkünlüyünü təsdiqləyiblər. Bununla bərabər, onlar izah ediblər ki, söhbət Lenin prospekti, bina 1/3, korpus 1 ünvanında yerləşən 14 mərtəbəli binadan gedir. Onun sahəsi 10,8 min kvadrat metrdən ibarətdir. Binanın kadastr qiyməti 771,2 milyon rubl qiymətləndirilir.
REA-dan bildiriblər ki, hazırda binada ofislər və mağazalar yerləşir. Bunanla belə, akademiya binanı özünün tabeliyində saxlamaq istərdi.
Ey gidi dünya... Nə oldu, dünyanın ən qüdrətli elm mərkəzlərindən biri sayılan Rusiya (SSRİ) elmlər akademiyası öldü ki, əmlakı bir cüvəllağıya qaldı?!
Yazıq Rusiya...


Şərhlər