Menu

Azərbaycan Rusiyanın Omsk vilayətindən 17 min ton ərzaq buğdası idxal edib

29.10.2017, 11:48

bugdaAzərbaycan cari ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın Omsk vilayətindən 17,2 min ton ərzaq buğdası idxal edib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Omsk vilayəti üzrə məlumatında bildirilir.

Məlumata görə, cari ilin 9 ayı ərzində vilayət Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan və Latviyaya ümumilikdə 51,7 min ton taxıl və onun emalı məhsullarını ixrac edib.

Ən çox ərzaq buğdasını Azərbaycan alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol