Menu

“Rusiya Ukrayna və Gürcüstanla danışıqlara hazırdır” - Sergey Lavrov

28.06.2014, 16:52
“Rusiya Ukrayna və Gürcüstanla danışıqlara hazırdır” - Sergey Lavrov

“Biz gürcü əməkdaşlarımızla da istənilən vaxt danışıqlara hazırıq. Ölkələrimizin hələ də inkişaf etdirmək istədiyi ticarət əlaqələri var”.

Axar.az məlumat verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Lavrov qeyd edib ki, Rusiya vəziyyətə yeganə kriteriya – Rusiya və MDB azad ticarət zonasında qalan digər ölkələrin ticarət şərtlərinin nə qədər pisləşməsi nöqteyi-nəzərindən baxacaq.

Qeyd edək ki, dünən Moldova və Gürcüstan və Ukrayna Brüsseldə Avropa İttifaqı ilə Aİ-nin azad ticarət zonasına daxil olmağı nəzərdə tutan assosiasiya barədə saziş imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol