Menu

Ankarada avtobus aşıb-  28 nəfər xəsarət alıb

30.10.2017, 00:10
Ankarada avtobus aşıb-  28 nəfər xəsarət alıb

Türkiyənin paytaxtı Ankara yaxınlığında mədən işçilərini daşıyan avtobus aşıb.APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, hadisə Bəybazarı ərazisində qeydə alınıb. Avtobus idarəetmədən çıxaraq yolun kənarındakı tarlaya aşıb.

Qəza nəticəsində 28 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza zamanı nəqliyyat vasitəsində 35 nəfər olub. Hadisənin səbəbləri barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol