Menu

Astarada 22 yaşlı gənc özünü asıb

30.10.2017, 00:37
Astarada 22 yaşlı gənc özünü asıb

Astara rayonunda intihar hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Kijəbə qəsəbəsində baş verib.

Belə ki, 22 yaşlı İbrahimov Nazim Elvin oğlu yaşadığı evin həyətində intihar edib. Yaxınlarının dediyinə görə, onun intihar etməsinə səbəb sevdiyi qızın başqasına nişanlanması olub.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol