Menu

"Sağlam Yaşa" yeni layihəyə başladı - Fotolar

30.10.2017, 10:28
"Sağlam Yaşa" yeni layihəyə başladı - Fotolar

"Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər fondunun maliyyə dəstəyi ilə Qusar rayonunda silsilə tədbirlərinə başyıb. 26 oktyabr 2017-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anadan olduğu və oxuduğu rayonun Həzrə kənd orta məktəbində keçirilən tədbirdə Aprel döyüşlərində şəhid olmuş hərbçilərimizin Qəhrəmanlıqları haqqında ətraflı məlumat verilib.

Təşkilatın eksperti "Mina Qurbanlarının sosial iqtisadi problemlərinin həllinə kömək" İB-in sədri, Qarabağ müharibəsi qazisi Məmmədhəsən Həsənov layihənin məqsəd və vəzifələri haqqında geniş çıxış etdi. Sonda məktəblilər Şəhidlərimiz haqqında hazırladıqları şeir və mahnı kompozisiyasını iştirakçılara təqdim etdilər.

27 oktyabr 2017-ci il tarixində növbəti tədbir Aprel şəhidi Xeyirbəyov Əmiraslan Xəlil oğlunun anadan olduğu və dəfn olunduğu Qusar rayonunun Cağar-Qışlaq kəndində keçirilmişdir. Əvəlcə məktəblilərin iştirakı ilə şəhidin qəbirüstü abidəsi ziyarət olunmuş və gül dəsələri qoyulmuşdur. Sonra tədbir şəhidin oxuduğu məktəbdə davam etdirildi. Şəhidin atası Xəlil Xeyirbəyov, müəllimlərı, sinif yoldaşları, dostları Əmiraslan haqqında öz xatirələrini danışdılar. Təşkilatın ekspertləri gənclərimizi vətəni qorumağa, onun yolunda fədakarlıq etməyə, qəhrəmanlıq nümunəsi göstərməyə hər an hazır olmağa səslədilər. Məktəblilərin şəhidlərimiz haqqında səsləndirdikləri şeirlər maraqla qarşılanıb.

[gallery size="full" ids="366000,366001,366002"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol