Menu

Ağ pələnglər Bakıya gəlir: Bakı Sirkində möhtəşəm şou olacaq - VİDEO

30.10.2017, 11:32

Bakı Dövlət Sirki yeni mövsümü noyabrın 9-da "Ağ pələnglər attraksionu” sirk-şousu ilə açacaq.

BakuPost.az xəbər verir ki, tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb.

Proqrama ağ pələnglər, qeyri-adi illüziya, "İriston” cigitlər qrupu, əhliləşdirilmiş itlər, hava gimnastları, unikal yelləncəkdə akrobatlar, həlqələrlə rəqs, jonqlyor, şən kloun və digər nömrələr daxildir.

Biletləri sirkin kassalarından əldə etmək olar.

Ünvan: Səməd Vurğun küç. 68

Telefon: (012)597 28 48, 597 25 95.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol