«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniyanın xaici işlər naziri Alfonso Dastis bəyan edib ki, Kataloniyanın müstəqilliyi istisnadır, amma muxtariyyətinin genişlənməsi mümkündür.
Onun sözlərinə görə, hazırkı böhran yerli hakimiyyətlərin səlahiyyətlərinin genişləndirilməsi yolu ilə həll oluna bilər, amma o da var ki, elə indi də bunlar dünyada mövcud olan ən genişlərdəndir.
«Mən, müstəqilliyi istisna edirəm, amma böyük muxtariyyəti yox, hətta bu bölgə səlahiyyətlərinin və kospetensiyasının genişliyinə görə, təkcə İspaniyada yox, dünada öncüllərdən biri olsa da» - deyə, «AR» agentliyi Dastisdən sitat gətirir.
Vəzifəsindən kənarlaşdırılmış jeneralitet rəhbəri Karlos Puçdemon haqqında danışarkən, XİN bışçısı qeyd edib ki, əgər həbs olunmasalar, onlar da bölgə seçkilərində iştirak edə bilərlər.
«Əgər dekabrın 21-ə qədər həbsə alınmasa, hesab edirəm ki, o, seçkilərdə iştirak hüququndan məhrum olunmayıb» - Dastis qeyd edib.


Şərhlər