Naxçıvanda yolu keçən azyaşlını maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 27-də saat 18 radələrində Kəngərli rayonunun Qıvraq qəsəbəsində Şahtaxtı kənd sakini Zahid Əliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Yusif İsmayılovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq oktyabrın 28-də orada ölüb.
Kəngərli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Şərhlər