«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşner Səudiyyə Ərəbistanına elan olunmamış səfərə gedib.
Ağ Evdəki mənbələrə istinadla, bu barədə «Politico» nəşri xəbər verib.
Bu məlumata görə, ötən həftə Trampın müşaviri kommersiya aviaşirkətinin reysi ilə Vaşinqtonu tərk edib və Ər-Riyadda rəsmi səfərdə olan maliyyə naziri Stiven Mnuçin ilə ayrıca görüş keçirib.
Bu, cari il ərzində Kuşnerin Səudiyyə Krallığına 3-cü səfəridir.
ABŞ Prezidenti administrasiyasındakı mənbə xəbər verib ki, səfər, Vaşinqtonun ərəb liderlərini İsrail-Fələstin münaqişəsi ilə bağlı danışıqlara cəlb etmək barədəki planları ilə bağlıdır.


Şərhlər