Menu

“Sevincimizin həddi yoxdur” - Qarsın bələdiyyə başqanı

30.10.2017, 15:10
“Sevincimizin həddi yoxdur” - Qarsın bələdiyyə başqanı

“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı tarixi hadisədir. İnanıram ki, həmin gün Türk tarixinə qızıl hərflərlə düşəcək".

Bu sözləri Qars Şəhər Bələdiyyəsinin başqanı Murtaza Qaraçanta Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı ilə bağlı təəssüratlarını diaspor fəalı Elnur Eltürklə bölüşərkən bildirib. O deyib:

“Sevindirici hal odur ki, 10 ildir gözlədiyimiz an gəlib çatdı. Bu xətt Mərkəzi Asiya türk dövlətləri ilə Azərbaycan, Türkiyə arasında siyasi-iqtisadi əlaqələrin güclənməsinə daha da təkan verəcək. Həmçinin, Türk dünyasının birliyinə geniş imkanlar açacaq. Gələcək nəsillər bundan daha çox faydalanacaqlar. Xətt Asiya-Avropa arasında körpü rolunu oynacaq. Bu gün tarixi günü yaşadığımız üçün çox şadam. Sevincimizin həddi-hüdudu yoxdur. Türk milləti adına xeyirli-uğurlu olsun deyirəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol