Menu

Sarkisyanı qumarbaz adlandıran erməni deputat od püskürdü

28.06.2014, 17:49
Sarkisyanı qumarbaz adlandıran erməni deputat od püskürdü

“Ermənistanda hakimiyyət bağları xalqa qaytarılmalıdır. “Partlayış” lazımdır. Bunsuz inkişaf olmayacaq. Və bu “bomba” məhz indi partlayacaq, payızda yox”.

Musavat.com-un erməni informasiya qaynağına istinadəın verdiyi xəbərə görə, bu sözləri müxalifətçi “İrs” Partiyasının qurultayı ərəfəsində keçirdiyi brifinqdə eyni adlı parlament fraksiyasının üzvü Zarui Postancyan deyib.

“Milli maraqlar təcili seçkilər keçirilməsini və yeni ictimai quruluşun bərqərar olunmasını tələb edir”, - deyə o qeyd edib.

Yada salaq ki, Postancyan AŞ PA-nın son payız sessiyasında çıxış edən prezident Serj Sərkisyana sərt suallar ünvanlamış, onu kazino həvəskarı və qeyri-legitim prezident adlandırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol