Menu

Türkiyə hökuməti məmurların xarici ölkələrə səfərə çıxması prosesini sadələşdirib

30.10.2017, 20:23

Bekir_Bozdag_090312Türkiyə hökuməti məmurların xarici ölkələrə səfərə çıxması prosesini yüngülləşdirir.

"Report" NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Nazirlər Kabinetinin bu gün keçirilən iclasından sonra jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabineti 2016-cı il 15 iyul hadisələrindən sonra məmurlara xaricə çıxarkən iş yerindən arayış təqdim etməsi ilə bağlı qaydanı aradan qaldırıb: "Bu qərar noyabr 15-dən qüvvəyə minəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol