Menu

Daşkəsəndə güclü külək meşə yanğınının söndürülməsini çətinləşdirir

30.10.2017, 22:10
Daşkəsəndə güclü külək meşə yanğınının söndürülməsini çətinləşdirir

Bu gün axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər. Bildirilir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.

Yanğının baş verdiyi meşə zolağı ilə kəndin yaşayış massivi arasında təxminən 1.5 kilometrlik məsafə olduğundan sakinlər alovun evlərə keçməsindən ehtiyat edirlər.

Kəndə verilən elektrik enerjisi dayandırılıb. Yanğının söndürülməsində kənd sakinləri və polis əməkdaşları da iştirak edir.

İlkin məlumatlara görə, yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol