Menu

İstanbulda Türkiyə bayrağını endirən şəxs vuruldu - Foto

28.06.2014, 19:15
İstanbulda Türkiyə bayrağını endirən şəxs vuruldu - Foto

İstanbulun Qaziosmanpaşa bölgəsində polis idarəsinin önündəki Türkiyə bayrağını endirmək istəyən şəxs ayağından vurularaq zərərsizləşdirilib. Sonra xəstəxanaya aparılan şəxs nəzarət altına alınıb.

Məlumata görə, vurulan şəxs İstanbulun Küçükköy rayonunda da eyni hərəkəti edib. O, Küçükköy Şəxsi Asiya Xəstəxanasına gələrək buradakı Türkiyə bayrağını endirib. Ardından Qaziosmanpaşa polisinin önünə gələn şübhəli bu dəfə də buradakı bayraqları endirmək istəyib. Lakin polis ona maneə olub. Vurulan şəxsin adı Ali Ocgundür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol