Menu

Putin Tehrana nəyə gedir?

31.10.2017, 07:54
Putin Tehrana nəyə gedir?

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, noyabrın 1-də Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Tehrana işgüzar səfərə gedəcək və İran İslam Respublikasının (İİR) Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının (AR) Prezidenti İlham Əliyevlə üçtərəfli görüşə qatılacaq. Bu barədə Kremlin mətbuat xidməti xəbər verib.

Sammitin gedişində Rusiya, İran və Azərbaycanın siyasi, iqtisadi və mədəni-humanitar sahələr üzrə qarşılıqlı fəaliyyətinin aktual mövzularının müzakirə olunacağı gözlənilir.

Bundan başqa, Rusiya dövlət başçısının İran və Azərbaycan rəhbərləri ilə ikitərəfli görüşləri də baş tutucaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol