Menu

Yerə yenə meteorit düşə bilər

31.10.2017, 11:45
Yerə yenə meteorit düşə bilər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yerə yenə də meteorit düşə bilər. Çin astronomları ən azı belə proqnozu real hesab edirər.

Ölçüləri barədə məlumat verilməyən, G2-939 kod adlı obyekt Sakit okean sularına, ya da ki, Hindistan sahillərinə düşə bilər - Çin mütəxəssisləri xəbərdarlıq edirlər.

Bu zaman onlar ehtiyat edirlər ki, meteoritin trayektoriyası dəyişə bilər və o, birbaşa Çin ərazisinə də düşə bilər.

Maraqlıdır ki, bu meteorit NASA-nın məlumat bazasına daxil deyil, amma Amerika agentliyi belə hadisələri diqqətlə izləyir. Bununla əlaqədar olaraq, çinli astronomlar amerikalı həmkarlarını potensial təhlükəli meteoritlə bağlı məlumatları gizlətməkdə ittiham edirlər.

Üç həftə bundan əvvəl Yerə 40 metrlik asteroid yaxınlaşırdı və Yer ətrafından 43,5 min kilometr məsafədən uçub getdi. Son illər Yerə gəlib çatan ən məşhur meteorit təxminən, 5 il bundan əvvəl Çelyabinsk vilayətinə düşüb.

Alimlərin hesablamalarına görə, ümumilikdə, hər il Yerə 5-6 meteorit düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol