Menu

«ABŞ qələbəyə qədər İraqda qalacaq...» - Tillerson

31.10.2017, 11:48
«ABŞ qələbəyə qədər İraqda qalacaq...» - Tillerson

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson Senatın beynəlxalq məsələlər üzrə komitəsindəki dinləmələr zamanı bəyan edib ki, «İslam dövləti» («İD») terrorçu qruplaşması üzərində qələbə çalana qədər ABŞ İraqda qalacaq.

Dövlət katibi əlavə edib ki, Vaşinqton burada İraq hökumətinin dəvəti əsasında yerləşib.

Maraqlıdır, dəfələrlə dünyanın ən nüfuzlu siyasətçiləri, dövlət başçılarından bəziləri, kütləvi informasiya vasitələri (KİV) bəyan ediblər ki, «İslam dövləti» adlandırılan «bəlanın baş arxitektoru» məhz ABŞ özüdür.

Deməli, Tillerson bu bəyanatı səsləndirərkən, dolayısı ilə demək istəyib ki, ABŞ ümumiyyətlə, «İraqdan getməyəcək»...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol