Menu

"İncirlik"də ABŞ-ın nüvə döyüş başlıqları yerləşir

31.10.2017, 12:14
"İncirlik"də ABŞ-ın nüvə döyüş başlıqları yerləşir

Türkiyənin "İncirlik" hərbi aviabazasında ABŞ-ın 50-yə yaxın nüvə döyüş başlığı yerləşir.

Bu barədə Trend Türkiyə parlamentinə istinadən məlumat verir.

Bu döyüş başlıqları ABŞ və Türkiyə arasında müvafiq razılaşmaya uyğun olaraq, "İncirlik" bazasının yaradılmasından 5 il sonra, 1960-cı ilin sonlarından etibarən yerləşdirilib.

Qeyd olunur ki, aviabazada əsasən B61 nüvə döyüş başlıqları saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol