Menu

Rusiyada yenidən Afrika taunu virusu aşkar edildi

31.10.2017, 16:43
Rusiyada yenidən Afrika taunu virusu aşkar edildi

Rusiyanın Nijni Novqorod vilayətində çöl donuzlarında Afrika taunu virusu aşkar edilib.

Trend-in məlumatına görə, bu virus vəhşi təbiətdə ovlanmış heyvanlarda tapılıb.

Hazırda virusun yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Rusiyanın üç vilayətində - Sarato, Volqoqrad və Nijni Novqorod vilayətlərində fermada saxlanan donuzlarda Afrika taunu aşkar edilmişdi.

Bununla əlaqədar olaraq Rusiya bəzi ölkələrdən ət idxalına qadağa qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol