Menu

"Türkiyədən hərbi məhsullar alırıq və alacağıq" - İlham Əliyev

31.10.2017, 16:46
"Türkiyədən hərbi məhsullar alırıq və alacağıq" - İlham Əliyev

"Hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir".

APA-nın məlumatına görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bu il 3 dəfə birgə hərbi təlimlər keçildiyini xatırladıb.

"Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımız gücləndirən amildir. Hərbi texniki sahədə də əməkdaşlığımız davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün çox maraqlıdır. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq", - deyə prezident vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol