Menu

İraq ordusu hücuma keçdi - Tikrit İŞİD-dən geri alındı

28.06.2014, 22:33
İraq ordusu hücuma keçdi - Tikrit İŞİD-dən geri alındı

İraqın şimalında Tikrit şəhəri İŞİD-dən geri alınıb.

Bu barədə Səlahəddin bölgəsinin qubernatoru Əhməd Abdullah söyləyib.

Abdullah İraq ordusunun Tikriti havadan 4 istiqamətdən mühasirəyə alaraq İŞİD-ə qarşı hücum etdiyini bildirib. Hal-hazırda ordunun şəhərə girdiyi qeyd edilib.

Yaşanan qarşıdurmalar zamanı 60 nəfərin öldüyü, ordunun Qubernatorluq binasını ələ keçirdiyi bəyan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol