Menu

Yüksək sürət 26 yaşlı gəncin həyatına son qoydu - VİDEO

31.10.2017, 21:16
Yüksək sürət 26 yaşlı gəncin həyatına son qoydu - VİDEO

Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.ARB TV xəbər verir, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Nohurqışlaq kəndindən keçən hissəsində qeydə alınıb.

Vəndam qəsəbə sakini 26 yaşlı Sənan Eynullazadənin idarə etdiyi Vaz 21 099 markalı avtomobillə, Tüntül kənd sakini 53 yaşlı Sərvan Sadıqovun sükanı arxasında olduğu Mercedes markalı maşın toqquşub. Sənan Eynullazadə hadisə yerində dünyasını dəyişib. Mercedesin sürücüsü və sərnişini - 40 yaşlı Aygün Əzimova müxtəlif dərəcəli bədən xəsarətlərilə Qəbələ MRX-yə çatdırılıb.

Onların vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimala görə hadisəyə yüksək sürət səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol