Menu

Rafiq Hüseynov II Fəxri xiyabanda dəfn olunacaq

01.11.2017, 13:53
Rafiq Hüseynov II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Vida mərasimi saat 10:00-dan 12:00-dək davam edəcək.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol