Menu

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

01.11.2017, 17:44
AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni, 7-ci nəşri hazırlanacaq. APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

AMEA-nın vitse – prezidenti, akademik İsa Həbibbəyli yeni orfoqrafiya lüğətinin nəşri ilə bağlı AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi altında komissiyasının yaradılması və komissiyanın tərkibinə Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, Mətbuat Şurası, Terminologiya Komissiyasının nümayəndələrinin daxil edilməsini təklif edib.

İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutuna 1 ay müddətində aidiyyəti qurumlarla birgə orfoqrafiya lüğətinin qayda-prinsiplərini hazırlayıb Təşkilat Komitəsinin müzakirəsinə təqdim etmək və 2018-ci ilin may ayına kimi yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən də orfoqrafiya lüğəti hazırlanaraq çapa verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol