Menu

«Rusiya, Azərbaycandan keçməklə, İrana qaz verməyə hazırdır» - Putin

02.11.2017, 00:25
«Rusiya, Azərbaycandan keçməklə, İrana qaz verməyə hazırdır» - Putin

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib ki, ölkəsi Azərbaycandan keçməklə, İranın şimal bölgələrinə qaz verməyə hazırdır («RİA Novosti»).

«Mən, diqqəti ona yönəltmək istərdim ki, ölkələrimizdə karbohidrogenlərin böyük həcmlərdə istehsalına baxmayaraq, nə qədər təəccüblü olsa da daxili logistikanı nəzərə alsaq, bu xammalların bir-birimizə göndərilməsinə maraq var. Məsələn, biz Azərbaycanın boru-kəmər sistemi ilə İranın şimalına qaz verməyə hazır olduğumuzu təsdiqləyirik. Belə qaz iqtisadi baxımdan bizim həmkarlarımız üçün məqsədəmüvafiq olardı» - Putin Tehranda keçirilən Azərbaycan-Rusiya - İran sammitinin gedişində bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol